Təcrübəçi ( Film )

Film Culs Ostin adlı gənc iş adamından bəhs edir. O, rəhbərlik etdiyi dəbli geyim satışı ilə məşğul olan mağazasına təcrübəçi axtarır. Lakin, bu dəfə biznesin bütün qaydalarına rəğmən o, öz şirkətinə təcrübəli işçiləri deyil, həvəskarları götürür. Təcrübə proqramına ilk başlayan şəxs isə 70 yaşlı dul Ben Uitaker olur. Culs əvvəl qoca işçinin əmək məhsuldarlığına şübhə ilə yanaşsa da, sonra ilkin təəssüratları alt-üst olur.