Qızqaçırtma Anons

Sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin işçiləri filmin əsas qəhrəmanlarıdırlar. Uzun illər bir şirkətdə çalışan Məlik və Məmməd günlərin birində çox çətin tapşırıq qarşısında qalırlar. İmkanlı şəxsin qızına aşiq olan Gündüz sevdiyi qızı qaçırtmaq üçün onlara müraciət edir. Uzun səylərdən sonra onlar qızı qaçırırlar, lakin qaçırılan qız Gündüzün sevdiyi qız yox, onun əkiz bacısı olunca hadisələr dəyişir.