Gizlənpaç

"Gizlənpaç" filmi iki kloun olan Fərid və Elbrusun taleyindən bəhs edir. Balaca Orxanın qaçırılmasında şübhəli bilinən iki dost Fərid və Elbrus film boyu həyəcanla polisdən gizlənirlər. Baş qəhrəmanlardan biri olan Fərid kloun olduğunu sevgilisi Güneldən gizlədir. Çoxlu maneələrlə rastlaşan və film boyu müxtəlif obrazlara girən qəhrəmanlar özləri də bilmədən Gizlənpaç oyununun iştirakçılarına çevrilirlər.